KepezTV Player
Daşkəsəndə ana və azyaşlı övladı qətlə yetirilib. Hadisə rayonunun Şahvələdli kəndində qeydə alınıb. Kənd sakini 37 yaşlı Kəmalə Məmmədova və onun yeni doğulan, 20-25 günlük körpə qızının meyiti yaşadıqları evdə aşkarlanıb. Qadının üzərində xəsarət izləri olduğundan, onun və körpəsinin həyat yoldaşı, 38 yaşlı Rafiq Ələkbərov tərəfindən qətlə yetirildiyi ehtimal olunur. Hadisənin dəqiq təfərrüatlarının aşkar olunması istiqamətində hüquq- mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb, Rafiq Ələkbərov axtarışa verilib.
Ruhəngiz Hacızadə
- Baxış: 553