KepezTV Player
Daha bir bədbəxt olay Göyçayın Potu kəndi ərazisində qeydə alınıb. Göyçay şəhər sakini, 37 yaşlı Fuad Əsgərov idarə etdiyi “KamAz” markalı yük avtomobilini yüksək gərginlikli elektrik xəttinin altında saxlayıb. O, elektrik naqilinin avtomobilin ban hissəsinə toxunmasından xəbərsiz olub. Yük yerinin dəmir qapısını açmaq istəyərkən avtomobilə keçən cərəyan onu vurub. Əsgərov aldığı xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib. Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Zülfiyyə Telmanqızı
- Baxış: 591