Sabunçu Rayon Polis İdarəsi 13-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif vaxtlarda Bakıxanov qəsəbəsində 7 fərdi yaşayış evində törədilən oğurluq cinayətinin üstü açılıb. Astara rayon sakini əvvəllər məhkum olunmuş Amir Nəsirov, Cəlilabad rayon sakini Rəsayil Bəşirov, paytaxt sakinləri Qafur Quliyev və Elmar Nəzərov saxlanılıblar. Dəstə üzvləri oğurluq etdikləri mənzillərdən əsasən pul və qızıl-zinət əşyaları götürüblər. Sonuncu dəfə isə saxlanılan şəxslər Bakıxanov qəsəbəsindəki evlərdən birindən içərisində 1200 avro və 200 ABŞ dolları olan seyf və ümumi dəyəri 40000 (qırx min ) manat olan qızıl-zinət əşyaları oğurlayıblar. Onlar oğurluq yolla əldə etdikləri zinət əşyalarını paytaxtda yerləşən müxtəlif qızıl qəbulu məntəqələrinə satandan sonra əldə etdikləri pulu aralarında bölüblər.Faktla bağlı araşdırmalar davam edir.
Zülfiyyə Telmanqızı
- Baxış: 638