Puşkin adına Dövlət Rus Dili İnstitutunun professor - müəllim heyəti Gəncədə “Rus dilinin tədrisi metodikasının müasir aspektləri” mövzusunda təlimlərə başlayıb. “Gəncə MDB-nin Mədəniyyət Paytaxtı - 2017” layihəsi çərçivəsində reallaşan seminara şəhərdə fəaliyyət göstərən orta ixtisas və ali təhsil müəssisələrində çalışan 140-a yaxın rus dili müəllimi qatılıb. Müzakirə olunan bir sıra mövzularla yanaşı, seminar iştirakçılarına Universitetin yaratdığı “Rus dilinin maarifləndirici portalı” da təqdim olunub. Portaldan istifadə qaydaları, orada olan resurslardan istifadə yolları izah edilib. Təlimlərin yekununda Dövlət Rus Dili İnstitutu ilə Gəncə Dövlət Universiteti arasında əməkdaşlıq müqaviləsinin imzalanacağı da gözlənirlir.
Ella Kitanina- A.S.Puşkin adına Dövlət Rus Dili İnstitutunun professor: “Seminarlarda rus dilinin tədrisi metodikasının müasir problemləri haqqında danışırıq, ikidilli uşaqlarla işləməyin yollarını müzakirə edirik. Çünki belə uşaqlarla işləmək, onların rus dili bacarıqlarını artırmaq çox önəmlidir. Biz həmçinin məktəblərdə rus dilinin xarici dil kimi tədrisi mövzusu ətrafında da müzakirələr aparırıq”.
Söhrab Hacıyev- Gəncə şəhər Metodik Mərkəzin direktoru: "Seminar davamlı şəkildə həyata keçiriləcək. Həmin mütəxəssislər eyni zamanda Gəncənin tədris müəssisələrində rus dilinin tədrisi ilə tanış olacaqlar".
Gülnar Fazilqızı
- Baxış: 813