Balakən rayon Polis Şöbəsi əməkdaşları rayon ərazisində narkotik tərkibli bitkiləri əkib-becərdirilməsi ilə məşğul olan şəxslərin tutularaq istintaqa təhvil edilməsi istiqamətində növbəti əməliyyat-axtarış tədbiri keçiriblər. Tədbir nəticəsində rayonun Qazma kənd sakini, 52 yaşlı Adil Şindiyevin yaşadığı evin həyətyanı sahəsindəki istixanalardan və həyətin müxtəlif hissələrindən kultivasiya üsulu ilə əkilib, aqrotexniki qaydada qulluq edilən küllü miqdarda narkotik tərkibli bitki hesab edilən çətənə bitkisinin kolları, həmçinin həyatyanı sahədə qurudulmaq üçün sərilmiş 17 kq 260 qram marixuana aşkarlanaraq götürülüb. Əməliyyatın davamı olaraq Adil Şindiyevin yaşadığı evdən 36 qram qrudulmuş marixuana götürülüb. Əməliyyat zamanı götürülmüş vəsaitlər maddi sübut kimi istintaqa təhvil verilib. Balakən rayon məhkəməsinin qərarı ilə Adil Şindiyev barəsində 4 ay həbs qətimkan tədbiri seçilib. Adil Şindiyev əvvəllər ölümə qəsdə və narkotik tərkibli bitkilərin əkib becərməsinə görə, ümumilikdə 8 il 6 ay olmaqla iki dəfə məhkumluq həyatı yaşayıb.
Zülfiyyə Telmanqızı
- Baxış: 511