• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1853
— 19.06.2017 15:56

Avtomobilində 7 kq-dan artıq qızıl külçə gizlətdi

Biləsuvar Gömrük İdarəsinin əməkdaşları külli miqdarda qızıl külçənin ölkə ərazisindən çıxarılmasının qarşısını alıblar. "Qoşa Təpə" gömrük postunda Azərbaycandan İrana gedən Azərbaycan vətəndaşı Vidadi Cəfərovun idarə etdiyi "Toyoto Prado" markalı minik avtomobilinə gömrük nəzarətini həyata keçirmək məqsədilə rentgen qurğusunda baxış keçirilib. Avtomobilin akkumulyator olan hissəsində fərqli görünüşdə, şübhəli predmetlərin olması analiz monitorunda əks olunub. Cəfərov isə idarə etdiyi avtomobildə heç bir predmetin olmadığını bildirib. Minik avtomobilinin yoxlanması zamanı isə avtomobilin motorxanasında - avtomobilin işlək akkumulyatorunun altından, akkumulyatorun metal altlığının boşluqlarında gömrük nəzarətindən gizlədilən, ayrı-ayrılıqda yapışqanlı lentlə sarınmış 11 ədəd bağlamada müxtəlif formalı və ölçülü sarı rəngli, qızıla oxşar metal kütlələr aşkar edilib. Müvafiq ekspert rəyinə əsasən, məlum olub ki, aşkar edilən metal kütlələr xalis çəkisi 7 kiloqram 58 qram təşkil edən müxtəlif formalı və ölçülü qızıl ərintisidir. Faktla bağlı araşdırma aparılır.

Zülfiyyə Telmanqızı