Daşkəsən-Gəncə avtomobil yolunun 2-ci kilometrliyində yol qəzası olub. Daşkəsən sakinləri 63 yaşlı Firuddin Cəfərlinin idarə etdiyi “Hyundai” və 62 yaşlı Ziyadxan Həsənovun idarə etdiyi “Niva” markalı avtomobillər toqquşub. Hər iki sürücü müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Qəzada xəsarət alan Firuddin Cəfərli Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Müdafiə Fondunun Daşkəsən rayon şöbəsinin sədridir.
Goranboyda da xəsarətlə nəticələnən yol qəzası baş verib. Hadisə rayonun Qərvənd kəndi ərazisində qeydə alınıb. “VAZ 2106” və “VAZ 21015” markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər, “VAZ 2106”nın sürücüsü Yadigar Əliyev müxtəlif bədən xəsarətləri alaraq Goranboy rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hər iki faktla bağlı araşdırma aparılır.
Zülfiyyə Telmanqızı
- Baxış: 669