KepezTV Player
ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta icra edilən sosial-iqtisadi layihələrlə tanış olmaq məqsədiylə Gəncədədir. SEDA, USAİD-in xətti ilə şəhərin Natavan qəsəbəsində iki mini futbol meydançası tikilərək istifadəyə verilib, daha iki meydançanın da inşası nəzərdə tutulur. ABŞ hökumətinin dəstəyi ilə təhsil, kənd təsərrüfatı və sahibkarlığın inkişafı istiqamətində də layihələr icra edilir. Sekuta Gəncəyə səfəri çərçivəsində Mərkəzi Kitabxanada "Amerika Guşəsi"nin açılışında da iştirak edəcək. Guşə tələbə gənclərin Amerika təhsili və mədəniyyəti haqqında məlumatlarının, habelə onların ingilis dili biliklərinin artırılmasına xidmət edəcək.
Gülnar Fazilqızı
- Baxış: 985