Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən bu ildən 6 peşə fəaliyyəti üzrə işləyənlər sadələşdirilmiş vergi üzrə aylıq ödənişləri sabit məbləğ ilə verəcəklər. Bu barədə 12 saylı Ərazi Vergilər Departamentinin nümayəndələri Naftalanda fəaliyyət göstərən sahibkarlıq subeyktləri ilə görüşündə səsləndiriblər. Tədbirdə sadələşdirilmiş vergi üzrə Sabit Məbləğin ödənilməsi ilə bağlı dəyişikliyin ətraflı şəkildə izahı aparılır. Qəbul olunan yenilikər haqqında bilgilər verilib. Diskussiya şəkilində davam edən görüşdə sahibkarları maraqlandıran suallar cavablandırılıb.
Rauf Mirzəyev- 12 saylı Ərazi Vergilər Departamentinin idarə direktoru: “Bundan əlavə vergi ödəyicilərinin qeydiyyatı haqqında da məlumat verildi. Dövlət büdcəsinin gəlirləri və xərcləri haqqında da məruzə edildi. İnanırıq ki, bizim bu görüşlərin nəticəsi olacaqdır. Vergilər Nazirliyinin əsas məqsədi vergi ödəyicilərində vergi mədəniyyətinin artırılması və məcburi ödənişdən könüllü ödənişə keçirilməni təmin etməkdir”.
Xaliq Qurbanlı
- Baxış: 828