KepezTV Player
Cəlilabad rayonunda pornoqrafik videoları satan şəxslər saxlanılıb. Rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında keçirilən əməliyyat tədbirləri zamanı rayonun Təbriz küçəsində yerləşən internet klubunun işçiləri Cavid Nəzərov və Hamil Xəlilov şübhəli şəxs qismində saxlanılıblar. Məlum olub ki, onlar çalışdıqları yerdə internetdən əldə etdikləri pornoqrafik videoları yaddaş kartına köçürüb, azyaşlı və gənclərə satırmışlar. Tərəflər bu yolla əldə etdikləri pulları öz aralarında bölüblər. Saxlanılan şəxslər törətdikləri əməli etiraf ediblər. Faktla bağlı Cəlilabad rayon polis şöbəsində araşdırma aparılır.
Zülfiyyə Telmanqızı
- Baxış: 605