KepezTV Player
Bakı-Qazax magistralının Goranboy rayonundan keçən hissəsində qəza qeydə alınıb. Hərəkətdə olan "VAZ-2106" markalı avtomobillə Mercedes toqquşub. Vaz-da olan sərnişinlərdən 55 yaşlı Mərziyyə Məmmədova, gəlini 33 yaşlı Təranə Məmmədova, onun 3 övladı- 10 yaşlı Raul, 9 yaşlı Nadil və 40 günlük körpə Rəsul müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə gətirilib. Mərziyyə və Təranə Məmmədovaya tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıblar. Uşaqlar isə Gəncə şəhər Uşaq xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.
Elnur Vahidoğlu
- Baxış: 599