• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 953
— 15.06.2017 13:06

Xaçmazda baş verən qəzada 5 nəfər xəstəxanalıq oldu

KepezTV Player

Xaçmazda yol-nəqliyyat hadisəsi baş verib. Xudat şəhərində qeydə alınan qəzada 2 avtomobil toqquşub, 5 nəfər xəsarət alıb.

38 BX 279 dövlət nömrə nişanlı “MERSEDES” markalı avtomobillə 90 ES 132 dövlət nömrə nişanlı “OPEL” markalı maşının toqquşması nəticəsində 5 nəfər ağır xəsarət alıb. Xəsarət alan şəxslər ilkin olaraq Xudat şəhər xəstəxanasına çatdırılıb. Vəziyyəti ağır olan 3 nəfər Qusar rayon İnığoba kənd sakinləri 26 yaşlı Taryel Cərullayev, Elşən Hacıverdiyev və 22 yaşlı Seymur Səfərəliyev Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Elşən Hacıverdiyevin vəziyyətinin ağır olduğu bildirilir.

Xəsarət alan digər iki nəfər Qusarın İnığoba kənd sakini 26 yaşlı Surxay Tağıyevin və Xaçmazın Pirquluoba kənd sakini 34 yaşlı Azər Mirzəyevin müalicəsi Xudat şəhər xəstəxanasında davam etdirilir. Faktla bağlı araşdırmalar aparılır.

Zülfiyyə Telmanqızı