Goranboyda atlını avtomobil vurub. Hadisə Bakı-Qazax yolunun Goranboy rayonu, Goran kəndindən keçən hissəsində baş verib. Xanqərvənd kənd sakini, 25 yaşlı Nemət Əhmədov atla hərəkət edən zaman sərnişin mikroavtobusu tərəfindən vurulub. Yaralı Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin normal olduğu bildirilir. Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır.
Xaliq Qurbanlı
- Baxış: 685