1939-cu ildə istifadəyə verilən bina uzun müddət fəaliyyət göstərməsinə baxmayaraq ilk dəfədir ki, müasir tələblər səviyyəsində yenidən qurulur.
Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin I tədris korpusunun sinif otaqları və emalatxanaları, günün tələblərinə cavab verəcək səviyyədə yenidən qurulub, lazımi avadanlıqlarla təchiz edilib. Burada 4 istehsalat təlimi emalatxanası və 6 xüsusi fənn kabineti var. 4 mərtəbəli 150 yerlik yataqxanada da şagirdlərin rahatlığı və asudə vaxtının səmərəli təşkili üçün hər cür şərait yaradılıb. Yataqxananın həyətində mini-futbol meydançası inşa edilib, müxtəlif idman avadanlıqları quraşdırılıb. Tədris ocağının I korpusunda hazırda 9 ixtisas üzrə 336 şagird təhsil alır. Onların təlim tərbiyyəsi ilə 18 istehsalat təlim ustası, 24 pedaqoji və yardımçı heyət məşğul olur.
Növbəti aylarda Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin I tədris korpusunun əsaslı təmirdən sonra açılışı nəzərdə tutulub.
Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi ilk peşə-ixtisas təhsilli müəssisələri şəbəkəsinin rasionallaşdırılması ilə əlaqədar 1 və 2 saylı peşə liseyləri, habelə 3 № li Peşə Məktəbinin bazasında yaradılıb. Tədris müəssisəsində ümumilikdə 20 ixtisas üzrə 796 şagirdin təhsil alır.
- Baxış: 884