1993-cü ilin iyununda baş verən hadisələr, 24 il əvvəl Heydər Əliyev dühasının ikinci dəfə hakimiyyətə qayıdışının tarixi əhəmiyyəti Gəncədə elm adamları tərəfindən müzakirə edilib. AMEA-nın Gəncə Bölməsində Milli Qurtuluş günü münasibəti ilə bir masa arxasında əyləşənlər 15 iyunun Azərbaycanın müstəqillik tarixinin ən şərəfli səhifələrindən biri kimi dəyərləndiriblər. Bu günün əhəmiyyəti təkcə ölkənin xaos və anarxiyadan xilas edilməsi, xarici və daxili düşmənlərin Azərbaycanı parçalamaq, müstəqil dövləti məhv etmək planlarının puça çıxarılması ilə məhdudlaşmır. Bu tarixi gün, eyni zamanda, Azərbaycanın dünya birliyinə qovuşması, dünya dövlətləri tərəfindən tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir. Tədbirdə həmçinin YAP sıralarına qəbul edilən AMEA-nın Gəncə Bölməsinin əməkdaşlarına üzvlük vəsiqələri təqdim olunub.
Gülnar Fazilqızı
- Baxış: 412