![](http://mail.kepeztv.az/sites/default/files/styles/newsdetail/public/boston%20dinamiks.jpg?itok=UqjnCGM8)
Yaponiyanın SoftBank telekommunikasiya korporasiyası, Alphabet holdinqinə məxsus robotlar istehsal edən Boston Dynamics və Shaft şirkətlərini satın aldığı barədə bəyanat yayıb. Google-un sahibi olan holdinqlə əldə edilmiş razılaşmanın detalları açıqlanmır. Boston Dynamics-in yaradıcısı və rəhbəri Mark Raybert öz növbəsində bildirib ki, şirkətin Softbankla uğurlu əməkdaşlığı sayəsində müasir robotların imkanları genişlənəcək.
Cavanşir Məmmədzadə
- Baxış: 319