• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1346
— 13.06.2017 19:10

Yol qəzalarında beş nəfər yaralandı

KepezTV Player

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib. Qəza Bakı-Qazax magistralının 371-ci km-də qeydə alınıb. Goranboy rayonun Dəyirmanlar kənd sakini, 37 yaşlı Saday Allahverdiyev “QAZ-3129” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun kənarında olan dəmir maneəyə çırpılıb. Qəza zamanı sürücü ağır, sərnişini-həyat yoldaşı 46 yaşlı Mahirə Məmmədrzayeva isə yüngül xəsarət alıb. Hər iki yaralı Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Saday Allahverdiyevin vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Bakı-Qazax magistralının Goran qəsəbəsi ərazisindən keçən hissəsində yol qəzası qeydə alınıb. “Ford” markalı avtomobil hərəkətdə olan zaman yol ayrıcındakı maneəyə çırpılıb. Nəticədə Kürdəmir rayon sakinləri 36 yaşlı Taleh Qurbanov və 44 yaşlı Əfqan Qurbanov müxtəlif bədən xəsarətləri ilə Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onlara tibbi yardım göstərilib. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib. Şəhərin Molla Pənah Vaqif küçəsində Qocalı kənd sakini, 79 yaşlı Güloğlan Həsənovun idarə etdiyi "VAZ-2106" markalı minik maşını idarəetmədən çıxaraq yol kənarında dayanmış Abduləli Rəhimova məxsus "Qazel" markalı yük maşınına çırpılıb. Nəticədə Güloğlan Həsənov müxtəlif xəsarətlərlə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsində araşdırma aparılır.