• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1455
— 13.06.2017 13:09

Avtomobil çaya aşdı, qadın xəsarət aldı

KepezTV Player

Şəkidə yol qəzası baş verib. Rayon sakini Tural Həbillayev VAZ-21015 markalı avtomobillə 20 yanvar küçəsi ilə hərəkətdə olarkən qəfildən idaretməni itirib və avtomobil Qurcana çayına aşıb. Hadisə zamanı avtomobildə olan sərnişinlərdən biri - Leyla Əlixanova müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı boyun nahiyəsinin qapalı travması diaqnozu ilə Şəki RMX-yə çatdırılıb. Sürücünün sözlərinə görə, onun qarşısına digər avtomobilin çıxması qəzaya səbəb olub. Faktla bağlı araşdırmalar aparılır.

Zülfiyyə Telmanqızı