• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1701
— 12.06.2017 12:06

Balaca qardaşlar suda boğuldular

KepezTV Player

Qazaxda iki qardaş suda batıb. Dəmirçilər kənd sakini 10 yaşlı Nihad və 8 yaşlı Lətif Mürşüdovlar kəndin ərazisində süni yaradılmış göldə boğulublar. Qardaşlar ərazidə mal-qara otaran zaman gölməçədə çimmək istəyiblər. Suya girdikdən bir müddət sonra Lətif boğulmağa başlayıb. Bunu görən Nihad onu xilas etmək üçün suya girib. Lakin o da boğulub. Uşaqların bazardan evə qayıdan anaları İndira Bayramova onları mal-qara otardıqları ərazidə görməyib və axtarmağa başlayıb. Ana ekskavatorların çay kənarında qazdığı çalada yaranmış gölməçənin yanından keçən zaman övladlarından birinin paltarlarını görüb. Əraziyə yaxınlaşan zaman gölməçədə oğlunun əlini görən ana ətrafdakıları köməyə çağırıb. Uşaqların hər ikisinin meyiti sudan çıxarılıb. Ailənin iki ovladı var imiş. Fakt araşdırılır.

 

Zülfiyyə Telmanqızı