Şəmkir rayonunda bir gündə 3 nəfəri ilan sancıb. Rayonun Zəyəm kənd sakini 69 yaşlı Qaratel Hüseynovanın sağ əlinin göstərici barmağından, Sarıtəpə kənd sakini 41 yaşlı Nazilə Cəfərovanın sağ əlinin üstündən və Bayramlı kənd sakini 48 yaşlı İsa Xudaverdiyevin sağ biləyindən ilan sancma diaqnozları ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər. Onlara tibbi yardım göstərilib.
Sin Yusif Məmmədov həkim – “Bu gün şöbəmizə müxtəlif saatlarda ilan zəhəri ilə kəskin injeksion zəhərlənmə diaqnozu ilə 3 nəfər xəstə müraciət edib. Xəstənin hər üçü stasianar müalicəyə yerləşdirilib və hər 3 xəstəyə ilan zəhəri əleyhinə zərdab vurulub. Hazırda ümumi vəziyyətləri orta ağırlıqdadı, intensiv terapiya davam etdirilir”.
Elnur Vahidoğlu
- Baxış: 494