• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2016
— 08.06.2017 19:12

Mağaza ərzaq məhsulları ilə birgə yandı

Şəkinin M.Rəsulzadə prospektində İlqar Süleymanova məxsus mağazada yanğın olub. 31 yaşlı Ziyanur Əhmədovun icarəyə götürdüyü 72 kv.metr sahəsi olan ərzaq mağazasının lambirdən ibarət tavanının 18 kv.metr sahəsi və içərisində yığılmış ərzaq malları 2 kv.metr hissədə yanıb. Yanğının söndürülməsi üçün Fövqaladə Hallar Nazirliyinin Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 2 texnikası və canlı qüvvəsi cəlb olunub. Alovun qarşısı alınıb. Yanğının səbəbi, mağazaya dəyən ümumi ziyanın məbləği aparılan araşdırmalardan sonra bəlli olacaq.

 

Zülfiyyə Telmanqızı