Azərbaycan millisinin voleybolçusu Yelizaveta Səmədova yeni mövsümdə legioner həyatı yaşamağı planlaşdırır. Dünya çempionatının seçmə mərhələsində özünü yaxşı tərəfdən göstərən “Telekom”un hücumçusuna artıq 2 ölkədən 3 təklif var. Belə ki, İtaliyanın “Modena” klubu təmsilçimizin xidmətində maraqlıdı. Türkiyədən isə “Seramiksan”la “Beylikdüzü” Səmədova ilə güclənmək niyyətindədi. Hazırda istirahətdə olan Azərbaycan çempionunun bu klublar arasında seçim edəcəyi gözlənilir.
Orxan Cəfərzadə
- Baxış: 351