• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1332
— 08.06.2017 01:38

Gəncədə evdə yanğın olub

KepezTV Player

Gəncə şəhərində yanğın faktı qeydə alınıb. Yanğın hadisəsi şəhərin Natəvən qəsəbəsi Metallurq bağçılıq  massivində Gəncə şəhər sakini 41 yaşlı Esmira İbrahimovaya məxsus ümumi sahəsi 131 kvm olan 3 otaqlı evdə  yanğın baş verib. Hadisə yerinə Gəncə Dövlət Yanğından Mühafizə İdarəsinin 6 yanğın spndürən maşını və 35 canlı qüvvəsi cəlb olunub. Evin 1 otağının yanar konstruksiyaları 30 m2 sahədə və dam örtüyü 40 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə edilib. Faktla bağlı araşdırma aparılır.

Elnur Vahidoğlu