• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1506
— 07.06.2017 13:47

35 yaşlı kişini ildırım vurdu

KepezTV Player

Cəlilabad rayonunda 35 yaşlı kişini ildırım vurub. Hadisə rayonun Göytəpə qəsəbəsində baş verib. Qəsəbə sakini Azər Qurbanov sahədə kartof suvararkən onun mobil telefonuna zəng gəlib. O, danışmaq istədikdə ildırım onu vurub. Mərhumun meyiti yaxınları tərəfindən sahədə aşkar olunub. Meyit məhkəmə tibbi ekspertiza və Pataloji Anatomiya Birliyinin rayon şöbəsində müvafiq müayinədən sonra aidiyyəti üzrə təhvil verilib.

Zülfiyyə Telmanqızı