Şəmkirin Kür qəsəbəsinə gedən yolda yol qəzası baş verib. “VAZ 21099” markalı avtomobilin “VAZ 21011” markalı maşına çırpılması nəticəsində sonuncuda olan sərnişin, Kür qəsəbə sakini 56 yaşlı Rahidə Kərimova yaralanıb. Yaralı Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. Böyrək çatışmazlığından əziyyət çəkən qadın dializdən gəlirmiş. Faktla bağlı araşdırma aparılır.
Vüsalə Camal
- Baxış: 557