Sözün gücünü qol gücü ilə əvəz edənlər 3 nəfəri xəstəxanalıq edib. Hadisələrdən biri Şəmkirdə keçirilən toy məclisində, digəri isə Bakıda baş verib.
Göygöl rayonunda yerləşən şadlıq evlərindən birində keçirilən toy mərasimində dava düşüb. Nəticədə Daşkəsən rayon sakini 45 yaşlı İlham Qurbanov və Malik Hüseynov adlı şəxs müxtəlif bədən xəsarətləri alıb. Yaralılar Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə gətirilib. Onlara tibbi yardım göstərilib.
Bakıda da döyülmə faktı qeydə alınıb. Hadisə paytaxtın Sabunçu rayonunda yerləşən 86 saylı uşaq bağçasının həyətində baş verib. 38 yaşlı Vüqar Səfərov tanımadığı bir neçə şəxs tərəfindən döyülüb. Naməlum şəxslər onun baş və bədən nahiyələrinə balta ilə xəsarət yetiriblər. Yaralı ətrafdakı şəxslərin köməkliyi ilə 3 saylı xəstəxanaya yerləşdirilib. Həkimlərin səyi nəticəsində onun həyati təhlükəsi aradan qaldırılıb. Faktlarla bağlı araşdırma aparılır.
Zülfiyyə Telmanqızı
- Baxış: 448