KepezTV Player
2016-cı ilin dekabr ayında Ağdaş Rayon İcra Hakimiyyətinin köhnə inzibati binasından 5 ədəd kondisioner oğurlayan şəxsin kimliyi də məlum olub. Ağdaş RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakini Səbuhi Mustafayev tutulub. Ətrafında aparılan tədbirlərlə onun cari ilin fevral və mart aylarında rayon ərazisindəki 2 evdən 150 manat pul və məişət əşyaları oğurlaması da müəyyən edilib.
Zülfiyyə Telmanqızı
- Baxış: 467