Bakı-Qazax magistralının Goranboy rayonu ərazisindən keçən hissəsində yol qəzası olub. Ağdaş rayonu Lək kənd sakini 27 yaşlı Vüsal Əliyev 22 yaşlı Elvin Ələşovun idarə etdiyi “Mercedes” markalı avtomobillə vurulub. Xəsarət alan piyada dərhal Goranboy Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Ona kəllə-beyin travması diaqnozu qoyulub, vəziyyəti ağır olduğundan Gəncədəki tibb müsəssisələrindən birinə göndərilib. Faktla bağlı araşdırmalar başlanılıb.
Elnur Vahidoğlu
- Baxış: 1091