KepezTV Player
Xaçmazda yağ radiatorunun partlaması nəticəsində iki nəfər xəsarət alıb. Hadisə rayonun Yergüc kəndində Elxan Orucova məxsus evin həyətindəki yarımtikilidə baş verib. Qonşuluqda yaşayan 42 yaşlı Gülnarə Orucova və 60 yaşlı Şamama Abdullayeva çörək bişirmək üçün istifadə olunan soba hazırlayarkən yaxınlıqdakı yağ radiatoru partlayıb. Hadisə nəticəsində hər iki qadın yanıq xəsarətləri alıb. Yaralılar dərhal Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına aparılıblar. Hər iki qadına üz və bədənin müxtəlif nahiyələrinin termiki alov yanıqları diaqnozu qoyulub. İlkin tibbi yardımdan sonra Bakı şəhərindəki tibb müəssisələrindən birinə göndəriliblər. Faktla bağlı araşdırma aparılır.
Zülfiyyə Telmanqızı
- Baxış: 687