Bu günə xəbərlərin oxunma sayı: 666
—
22.05.2017 13:58
Xadimə otelin müştərisindən oğurluq etdi
KepezTV Player
Mayın 19-da Gəncə şəhəri ərazisindəki otellərdən birində Bakı şəhər sakini olan bir qadının çantasından 1000 manat dəyərində qızıl əşyalar oğurlanıb.
Gəncə şəhər Nizami RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Məlum olub ki, cinayət əməlini törədən orada xadimə işləyən Gəncə şəhər sakini Sevinc Quliyevadır. Fakt araşdırılır.
Zülfiyyə Telmanqızı
- Baxış: 1398