KepezTV Player
Aprel ayı ərzində 1547 əcnəbi tərəfindən Azərbaycan qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilib. Dövlət Miqrasiya Xidmətindən verilən məlumata görə, onlardan 18-nin Azərbaycanda müvəqqəti və ya daimi yaşamaq üçün əsas verən sənədləri itirildiyindən yenisi ilə əvəz olunub, 179 nəfərin ölkə ərazisində yaşamaları leqallaşdırılıb. İnzibati qaydada ölkə ərazisindən çıxarılmamaqla cərimə tətbiq olunma ilə bağlı 919, inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılmaqla cərimə tətbiq olunma ilə bağlı 431 şəxs barədə qərarlar qəbul edilib.
Zülfiyyə Telmanqızı
- Baxış: 1186