Global Yeni avtomobil Qiymətləndirilməsi Proqramı (Global NCAP) çərçivəsində Renault Duster avtomobilinin Hindistan variantı kraş-testdən keçirilib. Sınağın nəticəsinə əsasən, krossover təhlükəsizliyə görə bir ədəd belə ulduz qazana bilməyib. Ekspertlər “Daster”in iki modifikasiyasını dəyərləndiriblər: demək olar təhlükəsizlik yastıqları olmayan ən ucuz və yalnız sürücünün yastığı olan variant. İlk olaraq sürücünün təhlükəsizliyi sıfır kimi qiymətləndirilib. Krossover mümkün 5 ulduzdan ikisini əldə edib ki, bu da ikinci cərgədəki azyaşlının təhlükəsizliyi hesabına qeydə alınıb. Duster modelində sürücünün müdafiəsinə üç ulduz verilib. Global NCAP sınaq proqramı təkcə 64 km/saat sürətlə ön toqquşmalı deformasiya maneəsi ilə yoxlanılır.
Cavanşir Məmmədzadə
- Baxış: 495