KepezTV Player
Dövlət Yol Polisi əməkdaşları Ağstafa rayonunda reyd keçirib. Əsas hədəf Qazax, Gəncə, Mingəçevir şəhərlərinə sərnişindaşıma həyata keçirən mikroavtobus sürücüləri və digər avtomobil sahibləri olub. Sənədsiz, nasaz avtomobil idarə edən sürücülər aşkarlanıb. Məlum olub ki, əksər sürücülər qaydaları pozaraq ayaq üstə sərnişin daşıyır. Ağstafa Rayon Polis Şöbəsininin, dövlət yol polis bölməsinin eləcə də post patrul xidmətinin əməkdaşlarının cəlb olunduğu reyd 3 saat davam edib. Ümumilikdə 300-ə yaxın avtomobil yoxlamadan keçirilib.
Zülfiyyə Telmanqızı
- Baxış: 449