Kişilərin mübarizəsində Azərbaycan milli komandası Səudiyyə Ərəbistanına məğlub olub. İlk yarıda 5 top fərqi geridə olan Hikmət Abdullayevin yetirmələri fasilədən sonra fərqin böyüməsinə əngəl ola bilməyiblər və yekunda 38:31 hesabıyla uduzublar.
Qadınların yarışında isə yığmamız Özbəkistanı sınağa çəkib. Seçməmiz rəqibinə böyük fərqlə qalib gəlib. 47:21. 2 turdan sonra hərəyə 4 xala malik Azərbaycan və Türkiyə qrupa başçılıq edirlər. Bu gün keçiriləcək son turda millimiz Türkiyə ilə qarşılaşacaq.
İslamiada
Həndbol, 2-ci tur
10 may
Kişilər
A qrupu
09:00. Əlcəzair - Pakistan - 47:24 (20:8)
20:15. Azərbaycan - Səudiyyə Ərəbistanı - 31:38 (14:19)
B qrupu
11:15. Türkiyə - İraq - 35:33 (17:19)
18:00. İordaniya - Mərakeş - 16:27 (6:15)
Qadınlar
A qrupu
13:30. Kamerun - Türkiyə - 31:33 (16:19)
15:45. Özbəkistan - Azərbaycan - 21:47 (9:23)
Orxan Cəfərzadə
- Baxış: 321