Yarımfinal mərhələsinin son cavab qarşılaşmasında “Visente Kalderon” stadionunda Madrid klubları “Atletiko” ilə “Real” üz-üzə gəliblər. İlk oyunda Kristiano Ronaldonun het-triki sayəsində 3:0 hesablı qələbə qazanan "kral klubu" üçün cavab görüşü yaxşı başlamayıb. 12-ci dəqiqədə meydan sahibləri erkən qola seviniblər. Küncdən havalandırılan topu başıyla çərçivəyə salan Saul Nigez hesabı açıb. Cəmi 4 dəqiqədə sonra cərimə meydançasında Torresin qarşısını kobudluqla alan Varan penaltiyə səbəb olub. Topun arxasına keçən Antuan Qrizman şansını boşa verməyib və hesab arasındakı fərqi ikiyə yüksəldib. Buraxdığı ikinci qoldan sonra tədricən özünə gələn Real hücumlarının kəsərini artırıb. Fasiləyə 3 dəqiqə qalmış qalaktikos İskoyla qollardan birinin əvəzini çıxıb. Bu qol həm oyunda qapılara vurulan sonuncu dəqiq zərbə olub. 2:1 Atletikonun qələbəsi. Məğlubiyyətə baxmayaraq Real iki oyunun nəticəsinə görə finala adlayıb.
UEFA Çempionlar Liqası
Yarımfinal mərhələsi, cavab oyunu
10 may
“Atletiko” (İspaniya) – “Real” (İspaniya) - 2:1
Qollar: Nigez, 12, Qrizman, 15 (pen.) - İsko, 42
Baş hakim: Cüneyt Çakır (Türkiyə)
Madrid. “Visente Kalderon” stadionu
İlk oyun – 0:3
Orxan Cəfərzadə
- Baxış: 347