Ötən gün Qax rayonunda narkotik tərkibli bitki əkib-becərən şəxslərin saxlanılması barədə xəbər vermişdik.
Polisin keçirdiyi əməliyyat nəticəsində Qaxın Almalı kənd sakini Süleyman Süleymanov, Balakənin Mahamalar kənd sakinləri- İsa Muradov və Abdulla Osmanov saxlanılıblar. Onların Əlibəyli kəndi ərazisində, meşə sahəsində xüsusi qaydada əkdikləri 130 ədəd narkotik tərkibli bitki hesab edilən çətənə kolları aşkar edilərək götürülüb.Üzərlərinə baxış zamanı İsa Muradovun çantasından 0.92 qram, cibindən isə 7.30 qram qurudulmuş marixuana da aşkarlanıb. Abdulla Osmanovun üzərindən isə beş barmaq götürülüb.
Saxlanılanların ilkin ifadələri zamanı bəlli olub ki, çətənə kollarını onlar bir həftə öncə həmin ərazidə əkiblər. Abdulla Osmanov və Süleyman Süleymanov əvvəllər də məhkum olunublar.
Zülfiyyə Telmanqızı
- Baxış: 559