• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 953
— 09.05.2017 10:02

Yaponiyalı mopedin arxa təkəri üstə 13 saat şütüdü

Özünü Wheelie King adlandıran yapon motosikletçi Masaru Abe, sürəti velosiped kimi olan balaca motosikletin arxa təkəri üzərində 500 kilometrdən artıq məsafə gedib. O, bununla 25 il bundan qabaq qeydə alınmış 330 km-lik rekordu üstələyib. Abe 600 kilometr məsafə hədəfləsə də, 13 saatdan sonra onun kəskin ağrıları başlayıb. Gediş Yaponiyanın Kawaguchi Auto Race avtodromunda keçirib. 33 yaşlı motosikletçi 125 kub santimetr həcmli motoru olan mopeddən istifadə edib. Baykın bu qədər məsafəyə yanacaq kifayət etməsi üçün ona xüsusi yanacaq dolduran sistem quraşdırıblar. Startdan bir neçə saat sonra Abenin belində güclü ağrılar başlayıb, ancaq gedişatda ağrıkəsicilər qəbul edərək hərəkəti davam etdirib. O, 13 saatın tamamında təslim olub. Masaru Abe bildirib ki, həyatında bu qədər kəskin ağrılar keçirməyib. Əlləri sanki keyimiş və onları ümumiyyətlə hiss etmirmiş, gözləri isə hər yeri bulanıq görürmüş. “Mən tamamilə susuzlamışdım və daha əvvəl heç vaxt belə hislər keçirməmişdim” deyə Abe mopedlə gedişinin təəssüratlarını bölüşüb.

 

Cavanşir Məmmədzadə