• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1422
— 08.05.2017 13:42

Gömrükdən gizlədilmiş maddə və narkotik vasitələrin ölkəyə keçirilməsinin qarşısı alınıb

Astara Gömrük İdarəsinin əməkdaşları güclü təsir edən maddə və narkotik vasitələrin gömrük nəzarətindən gizlədilmiş şəkildə ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar. İrandan Azərbaycana gələn ölkə vətəndaşının əl yüklərinə baxış keçirilib. Yoxlama zamanı ümumi sayı 50 ədəd həb şəklində "Tramadol" adlı dərman preparatı və 240 ədəd həb şəklində "Metadone" adlı narkotik vasitə aşkar edilib. Bundan başqa, DGK-nın Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn qonşu ölkə vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb. Yoxlama zamanı, həmin vətəndaşın üzərində, pencəyinin cibində olan sellofan paketdə 16 ədəd metadon adlı həb, corabının içərisində isə 1 ədəd bükümdə, xalis çəkisi 9,715 qram olan narkotik vasitə - tiryək aşkar olunub.

Zülfiyyə Telmanqızı