Qonşu qonşunun külünə möhtacdır deyirlər. Amma deyəsən, Qazax sakini bu ifadəni bir az səhv anlayıb. Əks halda paytaxtdakı qonşusunun avtomobilindən oğurluq etməzdi.
Aprelin 26-da saat 20 radələrində Sabunçu rayonu ərazisində yaşayan Teymur Kərimova məxsus “Opel” markalı avtomobilin qabaq sağ şüşəsi naməlum şəraitdə sındırılaraq oradan bir ədəd bank kartı oğurlanıb. Baş vermiş hadisə barədə zərərçəkən Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Bölməsinə şikayət ərizəsi verib.
Bölmə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Qazax rayon sakini Vüsal Rəsulov saxlanılıb. Saxlanılan şəxs ifadəsi zamanı avtomobilindən oğurluq etdiyi şəxslə qonşu olduğunu bildirib.
Faktla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Zülfiyyə Telmanqızı
- Baxış: 634