Ümummilli Lider Heydər Əliyevin 94-cü ildönümünə həsr olunmuş “Tour d’Azerbaidjan-2017” beynəlxalq velosiped turuna yekun vurulub. Yarışın sonuncu mərhələsinin start və finiş nöqtəsi Azadlıq Meydanında olub. Bu dəfə iştirakılar Bakı-Abşeron-Bakı marşrutu üzrə 158 km məsafə qət ediblər.
Veloturun son mərhələsində İsrail komandasının üzvü Krist Neylands qalib gəlib. O, məsafəni 3 saat, 53 dəqiqə, 56 saniyəyə başa vurmaqla solo-finiş edib. Türkiyə və ABŞ klublarının velosipedçiləri Ahmet Örken və Edvin Avila qalibdən 21 saniyə geri qalmaqla 2-3-cü yeri tutublar.
Qeyd edək ki, “Tour d’Azerbaidjan-2017” veloyürüşündə 18 ölkənin 22 komandası mübarizə aparıb.
Orxan Cəfərzadə
- Baxış: 313