• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 889
— 08.05.2017 12:11

Ali məktəblərə qəbul olmaq istəyən abituriyentlər üçün I və IV ixtisas qrupları üzrə I qəbul imtahanı keçirilib

KepezTV Player

Gəncə və ətraf rayonlardan 3253 nəfər abituriyentin qeydiyyatdan keçdiyi imtahan Gəncədə 6 binada təşkil olunub. 22 imtahan rəhbəri və 252 nəfər zal nəzarətçisi prosesin gedişini izləyib. Binaların təhlükəsizliyi və ümumi buraxılış rejiminə Xüsusi Dövlət Mühafizə Xidmətinin 50 əməkdaşı nəzarət edib. İmtahanlar bütün binalarda eyni vaxtda, saat 11-də başlayıb və 3 saat ərzində heç bir neqativ hal baş verməyib. İyul ayında keçirilməsi nəzərdə tutulan I, II, III və IV ixtisas qrupları üzrə II qəbul imtahanında iştirak etmək istəyən abituriyentlər isə mayın 4-dən etibarən qeydiyyatdan keçə bilərlər. Qeydiyyat mayın 22-nədək davam edəcək.

Elton Cabbarlı