• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 956
— 04.05.2017 10:16

Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunmuş yeni texnologiya sürətli kimyəvi, fiziki və bioloji prosesləri lentə almağa yardımçı olacaq. Çəkilişin yeni qaydası 200 femtosaniyə, yəni 1 saniyənin kvadrillionda bir hissəsi ərzində baş vermiş hadisəni qeyd etməyə imkan verəcək. Femtosaniyəni adi saniyə kimi əks etdirəndə, 0.00000000000002 saniyə alınır. Bu göstərici, adi insan gözü üçün qeyri-realdır. İsveçli alimlər, bir kadra bir neçə təsvirin kodlaşdırılmasının əsasında yeni alqoritm hazırlayıblar. Çəkilməsi nəzərdə tutulmuş obyektə lazer impulsları göndərilir. Hər bir impuls isə öz unikal koduna sahidir. İmpulslar obyektdən lazımi mənbəyə müəyyən ardıcıllıqlarla əks olunur. Daha sonra həmin siqnallar bir faylda yığılır və kompüterdəki xüsusi açar vasitəsilə aktiv edilir. Sözügedən texnologiya, Frequency Recognition Algorithm for Multiple Exposures (FRAME) adını alıb. Alimlər artıq sürətli kameranın ilk prototipini hazırlayıblar. Onların proqnozlarına əsasən, 2 ildən sonra bu cür kamera bütün alimlər üçün təqdim olunacaq.

Cavanşir Məmmədzadə