• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1342
— 02.05.2017 15:11

Şəmkirdə bələdiyyə və icra nümayəndələrinə ciddi tapşırıqlar verilib

KepezTV Player

Şəmkir Rayon İcra Hakimiyyətində şəhər, qəsəbə və kənd bələdiyyələri, eləcə də icra nümayəndələrinin fəaliyyəti və qarşıda duran vəzifələr müzakirə edilib. Yaşayış məntəqələrində həyata keçirilən sosial layihələr, tikinti-quruculuq-abadlıq işləri, kənd təsərrüfatı və sahibkarlıq istiqamətində görülən işlər iclasda diqqət mərkəzində olub. Vətəndaşların müraciətinə baxılması, kargüzarlıq işlərinin vaxtında təşkili, eləcə də bələdiyyə torpaqlarından rüsumların toplanması da gündəliyə daxil edilib. Bəzi kəndlərdə yerli rəhbərlər tərəfindən buraxılan nöqsanların aradan qaldırılması üçün müvafiq tapşırıqlar verilib. Yığıncaqda baramaçılığın, şəkər çuğundurunun, arıçılığın, eləcə də kənd təsərrüfatının digər sahələri üzrə işlərin sürətləndirilməsi tapşırılıb. Aqropark, Xalça fabriki və digər iri sahibkarlıq obyektlərinə işçilərin qəbulu barədə məlumatlar verilib. Bələdiyyələrin nəzdində yaradılan Məhdud Məsuliyyətli Cəmiyyətlərin, eləcə də sudan istifadə edən birliklərin fəaliyyətlərinin gücləndirilməsi tövsiyyə olunub.

Natiq Hüseyn