Bakıda maraqlı oğurluq hadisəsi baş verib. Belə ki, toy günü qız evinin mənzilindən 2000 manat dəyərində qızıl aparılıb. Qız evi məsələ ilə bağlı polisə şikayət ərizəsi təqdim edib. Polisin və qız evinin ilkin ehtimalına görə, bu, oğurluq hadisəsidir. Çünki, evin qapısının beş açarından biri də yoxa çıxıb. Başqa heç bir əşyaya toxunulmayıb. Polis tərəfindən mənzilə baxış keçirilib, maddi sübutlar və barmaq izləri götürülüb. Hazırda iş Xətai Rayon Polis İdarəsinin 34-cü polis bölməsi tərəfindən araşdırılır.
Zülfiyyə Telmanqızı
- Baxış: 376