• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1170
— 01.05.2017 18:35

Yeznə qaynını qətlə yetirdi

KepezTV Player

Meşəyə qoyun-quzu otarmağa getmişdi. Bir müddət sonra başına gələcəklərdən xəbərsiz idi.Son gününü, son saatlarını yaşadığının fərqində belə deyildi. Elə yaxın qohumun gülləsiylə öləcəyinin də...Hadisə Şəkidə cərəyan edib.Yeznə odlu silahla qaynını qətlə yetirib.

Hadisə aprelin 30-u axşam saatlarında Şəkinin Fazıl kəndi ərazisində qeydə alınıb. Şəkinin İbrahimkənd kənd sakini 58 yaşlı Səfərov Tofiq Məhyəddin oğlu Fazıl kəndi ərazisində şəxsi təsərrüfatında olan xırdabuynuzlu heyvanlarını otarmağa gedib. Qohumlarının sözlərinə görə, mərhumun cəsədini ərazidən keçən çoban görüb. Araşdırma zamanı məlum olub ki, Tofiq Səfərovu Fazıl meşəlik ərazisində qonşu Aşağı Küngüt kəndindən olan yeznəsi, 57 yaşlı Balıyev Vidadi Sübhan oğlu ov tüfəngi ilə qətlə yetirib.

Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Vidadi Balıyev tutulub.

Faktla bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır. Hadisənin dəqiq səbəbləri aparılacaq araşdırmalardan sonra bəlli olacaq.

 

Zülfiyyə Telmanqızı