Gəncədə yol qəzası baş verib. Hadisə şəhərin Gülüstan yaşayış massivinə gedən yolda baş verib. Göygöl rayon Topalhəsənli kənd sakini 37 yaşlı Ceyhun Yusibov idarə etdiyi VAZ 21011 markalı avtomobillə hərəkətdə olarkən Niva markalı avtomobillə toqquşub. Qəza zamanı VAZ-ın sürücüsü və onun əmisi oğlu 25 yaşlı Elşən Yusibov müxtəlif bədən xəsarətləri alıb. Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə gətirilib. Elşən Yusibova tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb. Sürücü Ceyhun Yusibovun vəziyyəti orta ağır olduğundan palataya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Mehman Hüseynov həkim – “Avtoqəza ilə şöbəmizə iki nəfər daxil olub. Onlardan birinin alın nahiyyəsində, sağ göz və burun nahiyyəsində çapılmış, soyulmuş yaralarla daxil olub.Xəstə şöbədədir, hazırda müalicələri davam etdirilir. İkinci xəstə isə bel nahiyyəsinin yumşaq toxumalarının əzniyi ilə daxil olub. Müayinə olunub və ambulator müalicəyə evə buraxılıb”.
Elnur Vahidoğlu
- Baxış: 946