Aprelin 26-da Daşkəsəndə aşkarlanan heyvan cəsədlərindən götürülən nümunələrin müayinəsi başa çatıb. Rayonun Quşçu kəndindəki kəsim və emal fabrikinin soyuducu kameralarında aşkar olunan ətlərdən götürülən nümunələrin 5-nin ölmüş və ya aqoniya vəziyyətində kəsilmiş at ətləri olması, digər nümunələrin isə aqoniya vəziyyətində kəsilən iribuynuzlu heyvan ətlərinin olduğu müəyyən edilib. Ətlərin insan sağlamlığına zərər yetirən bakteriyalarla çirkləndiyi də məlum olub. Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat katibi Yolçu Xanvəlinin sözlərinə görə, laboratoriya ekspertizalarının nəticələri müvafiq araşdırmalar aparan Daşkəsən Rayon Polis Şöbəsinə göndərilib.
Yolçu Xanvəli- Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat katibi: “Müayinə zamanı “Hyundai” avtomobilində aşkarlanan ətlərin hamısı at ətləri, eləcə də həmin heyvanların aqoniya, yəni ölmüş heyvan ətləri olduğu aşkarlanıb. “Elba” şirkətinin özündən götürülən ətlərdən isə 5 nümunəsində at əti olub. Qalanları isə iribuynuzlu heyvan əti. At ətləri orada da eyni ilə aqoniya və ölmüş atətləri olub. İribunuzlu heyvanlar isə yalnız aqoniya vəziyyətində kəsilmiş iri buynuzlu heyvan ətləri olub”.
Natiq Hüseyn
- Baxış: 1964