• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1017
— 29.04.2017 10:01

Dreqdə 6 min at gücü

Almaniyanın Levella tüninq atelyesi YouTube video hostinqində onlarla düzəliş edilmiş maşının dreq yarışını göstərib. Burada super və sportkarlar iştirak edib, onların ümumi at gücü demək olar 6 minə bərabər olub. Burada Lamborghini Aventador Pirelli Edition, Aston Martin Vantage, dizelli Porsche Panamera, Lamborghini Huracan, Mercedes-AMG C63 S, Nissan GT-R, Audi RS6, Porsche 911 Turbo S, BMW M3 və 430 at güclü VW Golf R-I görmək olar. Yarışın məsafə uzunluğu 800 metr təşkil edib. Bütün avtomobillər Levella tərəfindən təkmilləşdirilib. Bəzilərində mühərrikin idarəetmə bloku dəyişib, bəzilərində isə yeni eqzoz sistemi, hətta yeni disklər də peyda olub. Ancaq tüninqdən sonra heç də bütün maşınlar güclənməyib.

 

Cavanşir Məmmədzadə