• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 892
— 28.04.2017 15:34

Azərbaycan Texnologiya Universitetinin kollektivi tibbi yoxlamadan keçirilib

KepezTV Player

Müəllim və tələbələr terapevt, kardioloq, lor, oftomoloq və nevropotoloqlar tərəfindən müayinə ediliblər. Həmçinin xüsusi avtomobildə ağ ciyərlərin rentgeni də aparılıb. Tibbi prosedurdan gün ərzində 300-ə yaxın müəllim və tələbə keçib. 60 nəfərdə müxtəlif xəstəliklər aşkarlanıb. Anemiya, hipertoniya, ürək- damar, həzm və yuxarı tənəffüs sisteminin xəstəlikləri kimi. 


İsrayıl Məmmədov- müəllim: “Səhhətimlə bağlı müəyyən problem olsa da vaxtım olmurdu, gedə bilmirdim. Çox sağ olsunlar gəldilər, müayinədən keçdim. Təzyiqimdə müəyyən problemlər dedilər. İndi gedib müalicəmi davam etdirəcəm”.

Rüfət Qarayev- tələbə: “Bu gün universitetimizdə keçirilən tibbi müayinədə iştirak elədim. Həkimlər gözümdə problem olduğunu müəyyən elədilər. Dərmanlar yazdılar, vaxtlı-vaxtında əməl eləməyimi tövsiyə etdilər”.

Ümumilikdə fevralın 15-dən bu günədək 6 nömrəli poliklinikanın əhatə etdiyi ərazi üzrə 65 min sakindən 42 mini tibbi müayinədən keçib. Tibbi yoxlama zamanı 12 min 500 nəfəri xəstə kimi qeydiyyata alınıb ki, onlardan 97-i Gəncənin, 51 nəfəri isə müalicəsini davam etdirmək üçün Bakının müxtəlif xəstəxanalarına göndərilib.

Arzu Məmmədova- Gəncə şəhər 6 nömrəli poliklinikanin baş həkiminin müavini: “Öz ərazimizdə yaşayan bütün sakinləri bu tibbi müayinələrə dəvət eləmişik. Gündəlik olaraq poliklinikada müxtəlif ixtisas həkimləri tərəfindən tibbi müayinələr keçilir. Əhalinin gəlməsi normaldır. Hər bir insan gəlib tibbi yoxlamadan keçə bilər”.

Elnur Vahidoğlu