• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1300
— 26.04.2017 15:08

Gəncənin daha bir qəsəbəsinin elektrik təsərrüfatı yenilənir

KepezTV Player

Gəncənin Məhsəti qəsəbəsində elektrik təsərrüfatının yenilənməsinə başlanılıb. Küçələrə, eləcə də evlərə yeni xətlər çəkilir, podratçı şirkət tərəfindən 500 yeni dirək basdırılıb və proses davam etdirilir. Bununla yanaşı, 2 min metr məsafədə sip kabelləşmə aparılaraq 3 yeni transformator qurulub. Görülən işlər yaşayış massivinin 2 mindən artıq sakininin elektrik enejisinə olan tələbatının fasiləsiz və keyfiyyətlə ödənilməsinə hesablanıb. Dayaqların basdırılması və sip kabellərin çəkilməsi prosesi tam yekunlaşdırıldıqdan sonra mənzillərə sayğacların quraşdırılmasına start veriləcək. “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin verdiyi məlumata görə, görülən işlər növbəlilik əsasında Gəncənin digər qəsəbə və yeni salınan yaşayış massivlərində də davam etdiriləcək.

Tanrıverdi Mustafayev- "Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri: “Bütün regionlarda olduğu kimi qərb regionunda da əsaslı təmir, tikinti işləri və 0.5 kilovatlıq elektrik şəbəkələrinin yenidən qurulmasına start verilib. Özüdaşıyan izoliyasiyalı xətlər çəkilir, yeni dayaqlar basdırılır. Şəhər ərazisində aparılan işlər 10 minə yaxın Qərb Regional Satışı İdarəsinin abonentlərinin birbaşa dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təminatına imkan verəcəkdir”.